Rusiya qoşunlarının Ukraynanın Xerson və Sumı şəhərlərini atəşə tutması nəticəsində bir nəfər həlak olub, çoxlu sayda yaralı var.
Aktual.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
Bildirilib ki, Rusiya qoşunlarının Xerson vilayətini atəşə tutması nəticəsində bir nəfər həlak olub, daha 3 nəfər yaralanıb. Xəsarət alanlardan biri uşaqdır.
Bundan başqa, Sumı vilayətində yerləşən Axtırk şəhərinə zərbələr nəticəsində 12 nəfər xəsarət alıb, onların arasında uşaqlar da var.
Xəbər 132 dəfə oxunub.