Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Privoljski federal dairəsinin səlahiyyətli nümayəndəsi Mixail Babiçin RF-nin Türkiyədə səfiri təyin olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Aktual.az xəbər verir ki, bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
Bundan əvvəl "Dojd" telekanalı bildirmişdi ki, M.Babiç Türkiyədə yeni səfir təyin edilə bilər.
Məsələyə münasibət bildirən D.Peskov deyib: "İlk dəfədir eşidirəm".
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.
Aktual.az Xəbər 296 dəfə oxunub.