Rusiyanın təhsil nazirindən Azərbaycana xüsusi təklif

Rusiyanın təhsil nazirindən Azərbaycana xüsusi  təklif

Rusiyanın təhsil və elm naziri Dmitri Livanov Azərbaycanın Təhsil Nazirliyinə ölkəmizin ali məktəblərində SABAH qruplarının yaradılması sahəsində təcrübə mübadiləsi aparmağı təklif edib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, Azərbaycanda səfərdə olan Rusiyanın təhsil və elm naziri D.Livanov Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovla birlikdə Dövlət İqtisad Universitetində SABAH qruplarının tələbələri ilə görüşüb. Qonağa SABAH layihəsi haqqında məlumat verilib. Layihəni müsbət dəyərləndirən Rusiyanın təhsil və elm naziri bu sahədə təcrübə mübadiləsi aparmağı təklif edib.

Xatırladaq ki, Azərbaycanın ali məktəblərində SABAH qrupları 2014-2015-ci tədris ilindən fəaliyyətə başlayıb. SABAH qrupları əmək bazarının artan tələblərinə müvafiq olaraq tələbələrin intellektual və yaradıcılıq potensialının inkişafı və ixtisaslar üzrə kompetensiyalara tam yiyələnməsini təmin etmək məqsədilə yaradılıb. Bu qruplarda dərs deyəcək müəllimlərin seçimi də xüsusi qaydada aparılır.

Nazirlər Xalça Muzeyində də olublar. Qonağa məlumat verilib ki, Azərbaycan xalçaçılıq sənəti üzrə dünyanın aparıcı ölkələrindən biridir. 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına salınıb. Hazırda muzeyin sərgi və fondlarında 13 min 300-dən artıq eksponat və əşya saxlanılır.

Xəbər 518 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR