Rusiyanın sanksiyalarına Türkiyədən sərt cavab

Rusiyanın sanksiyalarına Türkiyədən sərt  cavab
  • DÜNYA

Türkiyə Rusiyanın tətbiq etdiyi sanksiyalara sərt cavab verə bilərTürkiyə Rusiyanın tətbiq etdiyi sanksiyalara sərt cavab verə bilər.

Aktual.az Aznews.az -a istinadən xəbər verir ki, rəsmi Ankara rus metallurqları üçün anti-dempinq rüsumlarını 13,66 faizə qədər olmasını təsdiqləməyə hazırlaşır. Bu isə Türkiyə tərəfindən ötən ilin avqustunda tərtib olunan hesablamalardan xeyli çoxdur.

Türkiyə İqtisadiyyat Nazirliyi yanvarın 22-də ölkəyə polad idxalı üzrə anti-dempinq istintaqının nəticələrini dərc edib. Nazirliyin məlumatına əsasən, rus metallurqlar 13,66 faizlik dempinq marjası əldə ediblər.

Bu hesabata əsasən, fevralda ixracatçılar üçün anti-dempinq rüsumunun miqdarı barədə qərar qəbul olunacaq. Rusiyadan əlavə, dempinq marjası Çin, Yaponiya və Slovakiyadan olan metallurqlar üçün də müəyyən olunub.

Qeyd edək ki, RF-in Türkiyəyə polad idxalı 19,2 faiz təşkil edir. Rusiya metallurqlarının idxaldakı payı digər idxalçılara nisbətən dəfələrlə çoxdur: məsələn, Türkiyəyə Çin-dən 4,3 faiz, Slovakiyada isə 5,5 faiz polad idxal olunur. Türkiyə İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, 2015-ci ildə Rusiya Türkiyəyə 413 milyon dollar dəyərində 825 min ton polad ixrac edib.

Xatırladaq ki, iki ölkə arasındakı münasibətlər ötən il, noyabrın 24-də Rusiya qırıcı təyyarəsinin Türkiyə hava sərhədini pozması nəticəsində Türkiyə tərəfindən vurulmasından sonra pozulub. Bundan sonra Rusiya Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib.

Xəbər 478 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR