Rusiyanın qəzaya uğrayan “Su-25UB” hücum təyyarəsinin pilotları həlak olublar

Rusiyanın qəzaya uğrayan “Su-25UB” hücum təyyarəsinin pilotları həlak olublar
  • DÜNYA

Xəbər verildiyi kimi, sentyabrın 3-də Rusiyanın "Su-25UB" hücum təyyarəsi Stavropol diyarında qəzaya uğrayıb.

Aktual.az AZƏRTAC-a istinadla xəbər verir ki, Cənub Hərbi Dairəsinin Hərbi prokurorluğunun məlumatında itkin düşmüş iki pilotun cəsədlərinin təyyarənin içərisində aşkar edildiyi bildirilib. Müdafiə Nazirliyi də pilotların həlak olması xəbərini təsdiq edib. Nazirliyin məlumatında deyilir: "Rusiya Federasiyası Müdafiə Nazirliyinin "Su-25UB" hücum təyyarəsinin qəzaya uğradığı Stavropol diyarının ərazisində fəaliyyət göstərən komissiyası tərəfindən iki pilotun həlak olması müəyyən edilib. Pilotlar katapult etməyə macal tapmayıblar".
Xəbər 414 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR