Noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərilə bağlı Rusiyanın "NTV" kanalı reportaj hazırlayıb.
Reportajda seçkilərə hazırlıq prosesinin beynəlxalq standartlara uyğun səviyyədə aparıldığı qeyd olunur.
Aktual.az-ın Secki-2015.az-a istinadən xəbərinə görə, reportajda bildirilir ki, 125 mandat uğrunda 800-ə yaxın namizədin mübarizə aparması həm də böyük rəqabət mühitinin yaranmasından xəbər verir. "Seçkilərdə barmaq izlərinin yoxlanması şəfafflığın təmin edilməsinə xidmət edir. Digər tərəfdən, səsvermə prosesi çoxlu sayda ölkədən olan müşahidəçilər tərəfindən izlənəcək", - deyə reportajda vurğulanır.
Dünya bazarında neftin qiymətinin ucuzlaşmasına baxmayaraq, Azərbaycanda son 10 ildə iqtisadiyyatın yüksək sürətlə inkişaf etdiyini vurğulayan rusiyalı jurnalist Svitoslav Qordin xüsusilə qeyri-neft sektorunda müşahidə olunan inkişafa diqqət çəkir.
http://www.ntv.ru/novosti/1557445/?fb#ixzz3pviLURU3