Ukraynanın neft və qaz sənayesinə hücumları Rusiyaya 100 milyard dollar ziyan vurub.
Aktual.az xəbər verir ki, bunu britaniyalı hərbi ekspert Filip İnqrem "San” nəşrinə açıqlamasında deyib.
"Bu hücumlar Putinin hərb maşınını sıradan çıxarır və sıravi ruslar müharibəni hiss etməyə başlayır. Artan yanacaq qiymətləri və yanacaqdoldurma məntəqələrindəki nasazlıqlar onların gündəlik həyatına birbaşa təsir göstərir”, - İnqrem bildirib.
Onun sözlərinə görə, neft sənayesinə zərbələr ciddi yanacaq çatışmazlığına səbəb ola və Moskvanın müharibəni davam etdirmək qabiliyyətinə böyük təzyiq göstərə bilər.
Xəbər 53 dəfə oxunub.