"Rusiya yaraqlıların təsir dairəsinin genişləndirilməsinə imkan verə bilməz"
Aktual.az-ın Ölkə.Az-a istinadən xəbər verir ki, Rusiya müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, Moskva gələcəkdə Dəməşqə İŞİD terror təşkilatı ilə mübarizədə yardım etməyə hazırdır.
Bu barədə o, Rusiya və Belarus müdafiə nazirliklərinin iclasında çıxış edərkən danışıb.
"Suriya hökumət orduları bizim hava dəstəyimiz nəticəsində müdafiədən hücuma keçərək İŞİD terrorçularının nəzarətində olan ərazilərinin bir hissəsini azad ediblər. Biz Suriyanın qanuni hökumətinə yardım etməyi planlaşdırırıq", - deyə Şoyqu bildirib.
Bundan əlavə, Şoyqu qeyd edib ki, Rusiya yaraqlıların təsir dairəsinin genişləndirilməsinə imkan verə bilməz.