Rusiyanın Laçın açıqlaması erməniləri qəzəbləndirdi

Rusiyanın Laçın açıqlaması erməniləri qəzəbləndirdi

Rusiya XİN-in Azərbaycan DSX-nin Laçın yolunun girişində, Ermənistanla sərhəddə, Həkəri çayı üzərində sərhəd-keçid məntəqəsi qurması ilə bağlı açıqlaması Ermənistanı "narazı” salıb.
Aktual.az xəbər verir ki, Ermənistan hökumətinə yaxın "Baqramyan-26” Teleqram kanalı bunu Rusiyanın Azərbaycanla birgə olması ilə izah etməyə çalışıb.
"Rusiya XİN azərbaycanyönlü açıqlama yayaraq, Bakı ilə Laçın dəhlizi məsələsində tamamilə şərik olduğunu təsdiqlədi.
Rusiya XİN-in açıqlamasında deyilir: "23 apreldəki son hadisələr kontekstində xüsusilə qeyd edirik ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il birgə bəyanatına zidd olan bütün birtərəfli addımlar qəbuledilməzdir – söhbət Laçın dəhlizinin rejiminin razılaşdırılmadan dəyişdirilməsindən və yaxud o dəhlizdən sülh gündəminə uyğun olmayan istifadədən gedir”.
Mətndən göründüyü kimi, Rusiya XİN Ermənistandan Qarabağa silah-sursat daşınması barədə Azərbaycanın sözlərini təkrarlayıb. Halbuki Azərbaycan bunda təkcə Ermənistanı yox, Rusiya sülhməramlılarını da suçlamışdı, Rusiya XİN-in bəyanatında isə bu barədə bir söz də yoxdur.
Ənənəyə uyğun olaraq, Moskva tərəfləri siyasi iradə nümayiş etdirməyə çağırış edir, Üçtərəfli sazişləri pozan birtərəfli addımların və s. qəbuledilməzliyini bildirir. Ancaq sonda "Qərb oyunçuları və rusofob elementlər”, "Rusiyanın reputasiyasının korlanmasına cəhdlər”dən danışılır”, - kalanda qeyd edilib.
Son sözlərin birbaşa Ermənistana aid olduğunu bildirən kanal Bakının "Moskva ilə danışıqların nəticəsi olaraq” bu addımları atdığını iddia edib:
"Smolensk meydanındakı diplomatlar Azərbaycanın sözçüsü funksiyasını yerinə yetirir”.
Xəbər 257 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR