Rusiyanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Pertoviç Şein Təl-Əvivdəki "İxilov” xəstəxanasına yerləşdirilib.
Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə yerli "Ynet” məlumat yayıb.
Məlumata görə, hadisə səfirin Təl-Əvivdəki "Monterey” restoranındakı şam yeməyindən sonra baş verib. Xəstəxananın intensiv terapiya şöbəsinə yerləşdirilmiş səfirin səhhətinin sabit olduğu bildirilir.
Səfirin müavini Aleksey Drobin xəbəri təsdiqləyib. O qeyd edib ki, səfirin səhhəti indi yaxşıdır.
Aktual.az
Xəbər 250 dəfə oxunub.