Rusiyanın ilk planşeti 2016-cı ildə istehsal olunacaq

Rusiyanın ilk planşeti 2016-cı ildə istehsal olunacaq
  • DÜNYA

Rusiya 2016-cı ildə ilk planşetini və özünün istehsalı olan “YotaPhone” smartfonunun üçüncü versiyasını istehsal etməyi planlaşdırır.

 Aktual.az-ın lent.az-a istinadən xəbərinə görə, bu barədə “Rusiya Texnologiyaları” ("Rostex") korporasiyasının rəhbəri Sergey Çemezov Rusiya baş naziri Dmitri Medvedevlə görüşündə bildirib.

 
Şirkət həmçinin elektron dərsliklərin tərtibatına başlayacaq. S.Çemezov deyib ki, dərsliklər “kitab kimi açılacaq”. Onun bir tərəfində rəngli illüstrasiyaların görünüşü, digər tərəfində isə yaxşı görmək üçün ağ-qara rəngli mətn olacaq.

 
“Rostex” rəhbərinin fikrincə, səhifələrin belə sistemlə yerləşməsi görmə üçün çox idealdır. Bütün bu cihazlar gələn ilin sonunda istehsal olunacaq.

 
Rusiyanın iki ekranlı ilk “YotaPhone” smartfonu 2013-cü ilin dekabr ayında istehsal olunub. Cihaz Las-Veqas şəhərində mükafata layiq görülüb. Bir il sonra istifadəçilər “YotaPhone 2” almaq imkanına sahib olublar.

 Aktual.az

Xəbər 410 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR