Rusiya Ukrayna probleminin həlli üçün ağlabatan kompromislərə hazırdır.
Aktual.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Biz kompromislər axtarmağa, ağlabatan kompromislərə getməyə hazırıq. Amma mən indi təfərrüata varmaq istəmirəm, çünki substantiv danışıqlar yoxdur və qarşı tərəf də bundan imtina edir”, - Putin bildirib.
Onun sözlərinə görə, istənilən nəticə Rusiyanın xeyrinə olmalı və döyüş meydanında inkişaf edən reallıqlara əsaslanmalıdır:
"Və şübhəsiz ki, biz burada heç bir güzəştə getməyəcəyik, heç bir mübadilə olmayacaq”.
Xəbər 331 dəfə oxunub.