Rusiyanın enerji nəhəngi çökür

Rusiyanın enerji nəhəngi çökür
  • DÜNYA

Böhran "Gazprom"u enerji şirkətlərinin reytinq cədvəlinin liderlər onluğundan sildi.

"Platts" agentliyi dünyanın 250 enerji şirkətinin illik reytinqini dərc edib.

Aktual.az  xəbər verir ki, Rusiyanın və dünyanın ən nəhəng enerji korporasiyalarından olan "Gazprom" reytinq cədvəlinin ilk onluğundan çıxıb.

Rusiya şirkətlərindən yalnız "Rosneft" ilk onluğun onuncu şirkəti kimi düşüb. 2014-cü ildə "Rosneft" bu cədvəlin 6-cı, "Gazprom" isə 4-cü pilləsində yer tutmuşdu.

2015-ci ildə "Gazprom" 39 pillə geriləyərək bu reytinq cədvəlinin 43-cü pilləsində yer tutub.

Ekspertlər bunu Rusiyaya tətbiq edilən sanksiyalar, neftin qiymətlərinin kəskin düşməsi və nəticəsində ölkə iqtisadiyyatını vuran böhranla əlaqələndirirlər.

Xəbər 364 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR