Rusiyanın bir neçə regionunda zəlzələ baş verib.
Aktual.az APA-ya istinadən xəbər verir ki, Kamçatka sahillərində 5,1 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri Berinq adasından 59 km qərbdə yerləşib.
Ötən axşam həmçinin Tuva və Buryatiya Respublikalarında 3,8 bal gücündə zəlzələ olub. İlkin məlumatlara əsasən, dağıntı və zərərçəkən yoxdur.