Rusiyanın Azərbaycan və Ermənistana olan münasibəti - Fərq nədədir?

Rusiyanın Azərbaycan və Ermənistana olan münasibəti   - Fərq nədədir?

“Rusiyanın Ermənistanla münasibətləri müttəfiq münasibətləridir, Azərbaycanla münasibətlər isə müttəfiqlik deyil, bunu strateji tərəfdaşlıq kimi səciyyələndiririk”.

AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Rusiya XİN-nin MDB ölkələri 4-cü Departamentinin direktoru Aleksey Pavlovski bildirib. O, Rusiyanın Ermənistan və Azərbaycana olan münasibətlərini belə izah edib: “Hər iki söz tamamilə anlaşılandır. Tərəfdaşlıq bizim qarşılıqlı çalışdığımızı göstərir, strateji isə bu qarşılıqlı fəaliyyətin uzunmüddətli xarakter daşıdığı mənasını verir. Rusiya-Azərbaycan münasibətlərinin əsasında dayanan obyektiv amillər aydındır: coğrafi yaxınlıq, iqtisadi əlaqələr, Rusiyada nəhəng Azərbaycan diasporunun olması. Biz bunu strateji tərəfdaşlıq adlandırırıq. Azərbaycan Ermənistandan fərqli olaraq Rusiyanın müttəfiqi deyil.

Ermənistanla bizim hərbi siyasi ittifaqımız, hərbi sahə də daxil olmaqla qarşılıqlı yardım üzrə bir sıra sazişlərimiz var”.


Qeyd edək ki, Pavlovski bu açıqlamanı Rusiyanın baş nazirinin müavini Dmitri Roqozinin Ermənistan ictimaiyyətində narazılığa səbəb olan “Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır” açıqlaması kontekstində verib.

Xəbər 541 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR