Hizbullah qruplaşması öz qüvvələrini Suriyadan çıxarmağa başlayıb.
Aktual.az axar.az-a istinadən bildirir ki, bu barədə "Anadolu Agentliyi"nə livanlı müxalif jurnalist Əli Əmin deyib.
O, döyüşçülərin artıq Livana qayıtdığını bildirib:
"Hizbullaha yaxın bir çox fərqli mənbədən öyrəndiyimizə görə, qruplaşma Suriyadan yüzlərlə döyüşçüsünü çıxarıb. Suriyadan dönən döyüşçülər Livandakı evlərinə qayıdır. Hizbullahın bu addımı çox güman ki, ABŞ-Rusiya razılaşmasının nəticəsidir və atəşkəsin davam etdirilməsinə hesablanıb".
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ötən gün rus qoşunlarının mərhələli şəkildə Suriyadan çıxarılması barədə əmr verib.