Beynəlxalq Avarçəkmə Federasiyası Rusiyanın kişilərdən ibarət akademik avarçəkmə komandasını dopinq səbəbiylə diskvalifikasiya edib.
Aktual.az Report-a istinadən xəbər verir ki, rusiyalı "dördlük" Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarında iştirak etməyəcək. Onları Yeni Zelandiya komandası əvəz edəcək.
Federasiyanın saytında bildirilib ki, 2004-cü ilin olimpiya çempionu Sergey Fedorovtsevdən may 17-də götürülmüş dopinq-test müsbət nəticə verib. Onun qanında istifadəsi yasaqlanmış trimetazidin maddəsi aşkar edilib. Təkrar test də müsbət nəticə verib. Belədə S.Fedorovtsevin testdən keçdiyi tarixdən sonrakı bütün nəticələri ləğv edilib.
Qeyd edək ki, son vaxtlarda rusiyalı idmançıların dopinqdən istifadəyə görə diskvalifikasiya olunması və Olimpiadadan kənarlaşdırılması geniş vüsət alıb.