NATO-nun Avropa komandanlığında rəhbər vəzifənin təhvil verilmə mərasimi 2016-cı ilin yazında olacaq. NATO-nun şurası ABŞ generalı Kertis Skaparottinin alyansın Avropada birləşmiş silahlı qüvvələrinin ali baş komandanı təyin olunmasını bəyənib.
Aktual.az modern.az-a istinadən bildirir ki, bu barədə NATO-nun mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, general Skaparotti təsdiq olunma prosesi ABŞ-da başa çatandan sonra vəzifəsinin icrasına başlayacaq və NATO-nun Avropada BSQ-nin baş komandanı general Filip Bridlavı əvəz edəcək.
Qeyd olunur ki, hazırda general Skaparotti ABŞ silahlı qüvvələrinin Cənubi Koreyada komandiridir. Avropada NATO BSQ-nin komandanlığının Bridlavdan Skaparottiyə verilməsi mərasimi 2016-cı ilin yazında olacaq.