Müğənni Yuliya Samoylova bu il keçiriləcək "Eurovision" mahnı müsabiqəsində Rusiyanı təmsil edəcək.
Aktual.az report.az-a istinadən bildirir ki, onun adı bazar günü Birinci kanalda efirə gedən "Vremya" verilişində açıqlanıb.
Samoylova Kiyevdə keçirilmiş "Eurovision-2017"də iştirak etməli idi, lakin Ukraynanın Təhlükəsizlik Xidməti Krımda çıxış etməsi ilə əlaqədar olaraq aktrisanın ölkəyə girişinə 3 il müddətinə qadağa qoyub.
"Eurovision-2018" 8-12 may tarixlərində Lissabon şəhərində keçiriləcək