Rusiyalılara Türkiyəyə uçuşla bağlı məhdudiyyət qoyuldu

Rusiyalılara Türkiyəyə uçuşla bağlı məhdudiyyət qoyuldu

Rusiyalılar dövlət çevrilişinə cəhddən sonra Türkiyəyə istənilən aviaşirkətlə uçmaq imkanından müvəqqəti məhrum ediliblər.

Aktual.az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyasının vitse-prezidenti Dmitri Qorin deyib.

O deyib ki, bazar günü Türkiyəyə uçuşla bağlı qarışıqlıq yaranıb: "İnsanların əlində bilet vardı. Görünür, heç də hamı məsələdən agah deyildi. Buna görə də bir çoxları aeroportda qeydiyyat bölməsində idilər.

D.Qorin əlavə edib ki, hətta Türkiyə aviaşirkətlərinin rusiyalıları göyərtəyə götürmək haqqı yoxdur: "Bununla belə, turistləri istirahətlərini yarımçıq qoyub evə qayıtmağa heç kim məcbur etmir".

Qeyd edək ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhd olub.

Xəbər 313 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR