Rusiyalı senator saxlanıldı

Rusiyalı senator saxlanıldı
  • DÜNYA

Rusiya Federasiya Şurasının üzvü Dmitri Savelyev qətlin təşkilində iştirakda şübhəli bilinib.
Aktual.az xəbər verir ki, bu barədə "RİA Novosti” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla məlumat yayıb.
"Mövcud qanunvericiliyə tam uyğun olaraq, Rusiya baş prokuroru İqor Krasnov Federasiya Şurasına senator Dmitri Vladimiroviç Savelyevin qətlin təşkilində iştirakının müəyyən edilməsi səbəbindən toxunulmazlığının ləğv edilməsi təklifi ilə müraciət edib”, - məlumatda qeyd olunub.
Federasiya Şurası Dmitri Savelyevin toxunulmazlığını ləğv edib.
Məlumata görə, prokurorluq əməkdaşları Dmitri Savelyevi Federasiya Şurasının iclasından çıxarkən saxlayıblar.
Rusiya Baş Prokurorluğunun rəsmisi Andrey İvanov məlumatı təsdiqləyib.
Xəbər 385 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR