Rusiyalı səfirin qatilinin qohumları - Azadlıqda

Rusiyalı səfirin qatilinin qohumları - Azadlıqda
  • DÜNYA

Ankara prokurorluğu Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qatilinin altı nəfər qohumunu azadlığa buraxıb. 

AzNews.az "CNN Turk”-ə istinadən xəbər verir ki, Mövlut Mert Altıntaşın qohumları dindirildikdən sonra azadlığa buraxılıblar. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Altıntaşın anası, bacısı, iki dayısı və dayısı arvadının həbsi üçün heç bir əsas yoxdur. Onlardan şahid qismində ifadə alınıb. 

Rusiyalı səfir Andrey Karlov Ankarada keçirilən sərgi zamanı Altıntaş tərəfindən kürək nahiyəsinə bir neçə dəfə atəş açıldıqdan sonra dünyasını dəyişib. 

Qətlə görə məsuliyyəti Suriyada fəaliyyət göstərən "Cəbhat ən-Nusra” terror təşkilatının koalisiyası olan "Ceyş əl-Fəth” qruplaşması öz üzərinə götürüb.

Aktual.az
Xəbər 213 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR