Rusiyalı nazir: "Türkiyədən meyvə-tərəvəz idxalı dayandırılacaq"

Rusiyalı nazir:
  • DÜNYA

Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçev vurulan rus təyyarəsi ilə bağlı Moskvanın Ankaraya sanksiyalar tətbiq edəcəyini bildirib.

Aktual.az Ölkə.az-a istinadən xəbər verir ki, Tkaçev Türkiyədən gətirilən sitrus meyvələrinin və pomidorun idxalının dayandırılacağını vurğulayıb.

"Meyvə və tərəvəzi, xüsusən də pomidoru biz hələlik İran, Mərrakeş, İsrail, Azərbaycan və Özbəkistandan tədarük edəcəyik. Türkiyədən gətirilən meyvələrin, xüsusən də sitrusu biz alternativ bazarlardan əldə edəcəyik", deyə nazir sözlərinə əlavə edib.

Xatırladırıq ki, Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsi 2015-ci ildə 18,1 milyard dollar təşkil edib. Bunun 15 milyardı Rusiyanın Türkiyəyə ixracatı, Türkiyənin isə Rusiyaya ixracatı 3,1 milyard dollar təşkil edib. Hazırda Türkiyə Rusiyanın sitrus meyvələrinə olan tələbatının dörddə birini, yəni 25%-ni təmin edir.

Xəbər 300 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR