Rusiyalı nazir: "Bizi türklərin yanında pərt etməyin"

Rusiyalı nazir:
  • İDMAN

Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev sabah Türkiyənin "Fənərbağça" klubu ilə qarşılaşacaq "Lokomotiv" futbol klubunun fanatlarına müraciət edib.

Aktual.az bildirir ki, bu barədə azvision.az Rusiya KİV-nə istinadən xəbər verir.

"Ümüd edirik ki, siz rəqiblə mübarizədə idmançılara səmimi dəstəyinizi ifadə edəcək, ölkəmizi ləyaqətlə təmsil edə biləcəksiniz", - deyə nazir bildirib.

Kolokoltsev xəbərdarlıq edib ki, tribunda və küçələrdə asayişi pozan azarkeşlər cəzalandırılacaqlar.

"Baş verəcək xoşagəlməz hadisələr ölkəmizin beynəlxalq imicinə təsir edəcək", - deyə nazir fanatları Rusiyanı türklərin yanında pərt etməməyə çağırıb.

Qeyd edək ki, fevralın 16-sı UEFA Avropa Liqasında 1/16 final mərhələsinin oyunlarına start verilib.

İlk oyun günündə "Fənərbağça" "Lokomotiv"i (Moskva) qəbul edib. Qalmaqallı görüş Türkiyə klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 589 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR