Rusiya xarici işlər naziri Sergey Lavrov Cenevrədə Birləşmiş Ştatların dövlət katibi Con Kerri ilə keçirdiyi görüşün nəticələrinə dair 13 saat açıqlama gözləyən jurnalistlərə pizza və bir neçə butulka araq hədiyyə edib.
Bu barədə Oxu.Az Life.ru-ya istinadən xəbər verir.
Lavrov bildirib ki, pizza amerikalı həmkarlarından, spirtli içki isə özünün hədiyyəsidir.