Misirin Şarm-əş-Şeyx şəhərindən Rusiyanın Sankt-Peterburq şəhərinə uçan zaman qəzaya uğrayan "Airbus-321" sərnişin təyyarəsi göyərtəsində Rusiyanın Pskov vilayətinin qubernatoru Aleksandr Kopılov da olub.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, məlumatı Pskov vilayətinin qubernatorunun mətbuat katibi Oksana Şiran da təsdiqləyib.
Oksana Şirananın sözlərinə görə, təyyarənin göyərtəsində olan sərnişinlərin yer aldığı siyahıda Kopılovun da adı var.
Artıq Rusiyanın Pskov vilayətinin qubernatoru Andrey Turçak Aleksandr Kopılovun ölümü ilə əlaqədar onun ailəsi və yaxınlarına başsağlığı verib. Bu barədə müvafiq məlumat Pskov vilayətinin dövlət orqanları saytında məlumat yerləşdirilib.
Qeyd edək ki, Şarm-əş-Şeyxdən Sankt-Peterburqa uçan "Airbus-321" sərnişin təyyarəsi bu gün Misirin Sinay yarmadasında qəzaya uğrayıb. Moskva vaxtı ilə saat 06:21-də havaya qalxan təyyarənin daha öncə radarlardan itməsi barədə xəbər daxil olub.
Son məlumatlara görə, təyyarənin qalıqları Misirin Sinay yarımadasında aşkarlanıb.
Təyyarənin göyərtəsində ekipaj üzvləri daxil olmaqla 224 nəfər olub.