Azərbaycan hökuməti Rusiya vətəndaşlığı olan iş adamını beynəlxalq axtarışa verib.
Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə məlumatı İnterpolun mətbuat xidməti yayıb.
"Axtarışda olan 1965-ci il doğumlu Lento Tsindeliani Azərbaycanda qaçaqmalçılıqda ittiham olunur", - beynəlxalq polisin saytında yerləşdirilən məlumatda deyilir.
Aktual.az