“ABŞ-ın mövcud olan və perspektiv Raket Əleyhinə Müdafiə Sistemi Rusiyanın xüsusi təyinatlı raket qoşunlarının qarşısını ala bilməz”.
Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya Strateji Təyinatlı Raket Qoşunlarının (STRQ) komandanı general-polkovnik Sergey Karakayev çıxış edib.
O qeyd edib ki, ABŞ özünün RƏM sisteminə lazer və kinetik silahları, habelə raket əleyhinə müxtəlif tipli kompleksləri daxil etməyi planlaşdırır. Onun sözlərinə görə, söhbət ilk növbədə STRQ-nin raket və raketlərin döyüş bloklarının zərərsizləşdirilməsindən gedir.
S. Karakayev bildirib ki, Rusiya informasiya və zərbə imkanlarının inkişaf miqyasını nəzərə almaqla, strateji nüvə qüvvələrinin inkişaf planlarına korrektələr edib.