Rusiyanın Vaşinqtondakı səfirliyi Amerika hakimiyyəti tərəfindən göndərilən rus diplomatların ölkəni tərk etdiklərini açıqlayıb.
Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, səfirliyin mətbuat xidmətindən bildirilib ki, diplomatların olduğu təyyarə havaya qalxıb.
Qeyd edək ki, prezident Barak Obama seçimlərə müdaxilə edildiyinə və Rusiyada çalışan amerikalı diplomatlara hücuma görə 9 rus qurumu, şirkəti və vətəndaşlarına qarşı sanksiya tətbiq edib. Buna cavab olaraq Obama administrasiyası 35 rus diplomatın Amerikadan göndərilməsinə qərar verib.
Aktual.az
Xəbər 465 dəfə oxunub.