Rusiyalı deputatlardan ibarət nümayəndə heyəti oktyabrın 31-də Azərbaycana gələcək.
Aktual.az Report-a istinadən xəbər verir ki, tərkibinə Dövlət Dumasının, İctimai Palatanın deputatlarının, rusiyalı ekspertlərin daxil olduğu nümayəndə heyəti 22 nəfərdən ibarət olcaq. Onlar Azərbaycanda keçiriləcək parlament seçkilərinə nəzarət edəcək.
Heyətdə Dövlət Dumasının deputatlarından Sergey Juravlyov, Svetlana Jurova, Olqa Kazakova, Sergey Marinin, Yaroslav Nilov, Aleksandr Sidyakin, Olqa Timofeyeva, Əhməd Erkenov, Larisa Yakovleva yer alacaq.
Nümayəndə heyətinin səfəri noyabrın 2-də başa çatacaq.
Qeyd edək ki, Azərbaycanda növbəti parlament seçkiləri noyabrın 1-də