Rusiyalı deputat: “Bu, çox təhlükəlidir”

Rusiyalı deputat: “Bu, çox təhlükəlidir”
  • DÜNYA

“Bu, çox təhlükəlidir”.

“İslam dövləti” (İŞİD) terror qruplaşmasının yaraqlıları Şimali Qafqaza gəlib çata bilərlər.

Aktual.az  xəbər verir ki, bu barədə “Vestnik Kavkaza”nın müxbiri ilə söhbət zamanı Rusiya Parlamentinin heyətinin tərkibində humanitar missiya ilə getdiyi Suriyadan qayıdan Rusiya Federasiyası Dövlət Dumasının deputatı, xristian dəyərlərinin müdafiəsi üzrə Fraksiyalar arası qrupun üzvü Aleksandr Yuşenko bildirib.

“Suriya Yaxın Şərqdə son sivil dövlətdir. Orada sülh və dostluq içində xristianlar və müsəlmanlar yaşayır. Ölkədə Omeyad məscidi kimi müsəlmanlar üçün müqəddəs olan məkanlarla yanaşı, xristianların da məbədləri var.

Rusiyanın da çoxmillətli və müxtəlif dinlərin etiqad edildiyi bir ölkə olduğunu unutmaq olmaz.

Bu gün insanları İŞİD-in sıralarına cəlb edən şəxslər bütün dünyada əsl islamı deyil, islamofobiyanı təbliğ edirlər. Bu barədə müsəlmanların ruhani rəhbəri, Suriyanın muftisi Əhməd Batruddin demişdi. Hal-hazırda İŞİD-in sıralarında MDB-dən, o cümlədən də Rusiyadan olan minlərlə yaraqlı döyüşür. 

Əgər biz suriyalılara yaraqlılarla mübarizədə yardım etməsək zamanla İŞİD bütün Suriyanı külə döndərəcək və Dəməşqə çatacaq, sonra isə Şimali Qafqaza, Avropa və İrana da gəlib çıxacaq”, - deputat qeyd edib.

Xəbər 457 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR