"Rusiyadan silah almağımız onunla izah edilir ki..." - Elmar Məmmədyarov


Azərbaycanın Rusiyadan silah alması onunla izah edilir ki, ölkə ərazisinin 20 faizi işğal olunub.

Bunu Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerlə görüşün nəticələrinə həsr olunmuş brifinqdə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, Rusiya üçün Cənubi Qafqazda sabitlik çox vacibdir: "Rusiya bizim yaxın qonşumuz və tərəfdaşımızdır".

E.Məmmədyarov qeyd edib ki, rəsmi Bakı Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqdakı görüşünü müsbət qiymətləndirir: "Dağlıq Qarabağ ətrafında danışıqlar masasında müəyyən sənəd var, onun üzərində iş aparılır". (Trend)

Xəbər 395 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR