Türkiyədə tutulan Rusiya vətəndaşları haqda Moskvadan rəsmi açıqlama gəldi.
Aktual.az Ölkə.az-a istinadən xəbər verir ki, İstanbulda baş vermiş terror aktından sonra Antalyada həbs edilmiş Rusiya vətəndaşının kimliyi məlum olub.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın verdiyi açıqlamaya görə, Türkiyə polisinin həbs etdiyi şəxs, tatar Aydar Süleymanov İnterpol tərəfindən axtarışdadır.
Mariya Zaxarova bildirib ki, Aydar Süleymanov 2013-cü ildən Tatarıstanda İŞİD-lə əlaqəsinə görə İnterpol xətti ilə axtarışa verilib.
Bununla Rusiya dünya mediasında Moskvanın İstanbul terrorunda adının hallanmasına cavab verərək şübhələri üzərindən çəkməyə çalışdı.