Rusiya hökuməti dövlət məmurlarının “WhatsApp”, “Viber” və “Telegram” tətbiqetmələri üzərindən yazışmalarına və hər hansı bir fayl göndərməsinə qadağa tətbiq edib.
Aktual.az Ölkə.Az-a istinadən xəbər verir ki, Rusiya milli təhlükəsizlik nazirliyinin tələbi ilə hökumət belə bir tədbir alıb və bu qadağaya riayət etməyənlər üçün cəzalar tətbiq ediləcək. Tətbiqetmələrdən istifadə edən məmurlar nizam-intizam komitəsi tərəfindən cəzalandırılacaq yaxud işdən qovulacaq.
Hələlik bu qadağa fərdi istifadəçilər üçün nəzərdə tutulmasa da gələcəkdə Rusiya hökuməti tərəfindən bu addımın atılacağı istisna edilmir.