Rusiyadan Gürcüstana İŞİD damğası: “Orada məşq edirlər...”

Rusiyadan Gürcüstana İŞİD damğası:   “Orada məşq edirlər...”
  • DÜNYA

“İŞİD-in Gürcüstanın Pankisi dərəsində məşq düşərgələrinin olması mümkündür”.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

“İndi bizə İŞİD yaraqlılarının bu əlçatmaz yerlərdə məşq etmək, dincəlmək və ehtiyatlarını doldurmaq üçün istifadə etdiklərinə dair məlumatlar çatır”, -deyə Lavrov qeyd edib.

Lavrovun sözlərinə görə, Pankisi dərəsində terror təhlükəsi məhv olmayıb. Bu isə Rusiyanı Gürcüstanla viza rejimini sərtləşdirməyə məcbur edir.

Xəbər 327 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR