Rusiyadan dünənki insidentlə bağlı - Açıqlama

Rusiyadan dünənki insidentlə bağlı - Açıqlama

Aprelin 11-də Dığ kəndi yaxınlığındakı təmas xəttində silahlı insident baş verib. Ölənlər və yaralananlar var.
Aktual.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
"Rusiya Silahlı Qüvvələri və Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidmətinin nümayəndələri Dığ kəndi yaxınlığında gərginliyi azaltmaq üçün tədbirlər görüb”, - Zaxarova bildirib.
Onun sözlərinə görə, hazırda ərazidə olan rusiyalı nümayəndələr dərhal Ermənistan və Azərbaycandakı məsul şəxslərlə əlaqə saxlayıb və gərginliyi azaltmaq üçün addımlar atıblar.
"Baş verənlər bir daha təsdiq edir ki, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli sazişlərə ciddi əməl olunması zəruridir”, - Zaxarova bildirib.
Xəbər 255 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR