Rusiyadan deyil, Azərbaycandan alırıq - Burduja

Rusiyadan deyil, Azərbaycandan alırıq - Burduja

Rumıniya Rusiya qazının bir molekulunu belə idxal etmir və bütün Avropa ölkələri də özlərini məhz belə aparmalıdırlar.
Aktual.az xəbər verir ki, bunu Rumıniyanın energetika naziri Sebastian-İoan Burduja deyib.
Nazir Rumıniyanın bəzi qonşularının Rusiya qazı qarşısında seçimsiz qaldığına diqqət çəksə də, Buxarestin qaz üçün Azərbaycana üz tutduğunu vurğulayıb:
"Əlbəttə, seçimləri olmadığını və Rusiyadan idxala davam etməli olduqlarını söyləyən qonşularımız da var. Ümumiyyətlə, biz Bolqarıstanla münasibətlərə uyğun olaraq idxal edirik, yəni o cümlədən Azərbaycandan qaz Türkiyədən böyük magistrallar vasitəsilə gəlir, lakin Türkiyəyə çatanda o, Türkiyə qazı hesab olunur”.
Xatırladaq ki, daha əvvəl açıqlamasında Avropanın qalan hissəsi üçün Azərbaycan qazına çıxışın vacibliyinə toxunan Burduja bunu Rusiya qazına başqa təhlükəsiz alternativin olmaması ilə əsaslandırmışdı.
Xəbər 208 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR