"Rusiya Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsinə qarşı olan bütün addımları alqışlayır və tərəfləri dialoqa qayıtmağa çağırır".
Aktual.az report-a istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşünü şərh edərkən deyib.
Xatırladaq ki, ATƏT-in Minsk qrupunun bu gün yayılmış birgə bəyanatında Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsinin vaxtının çatdığı bildirilib. Belə bir görüş gələn həftə Vyanada keçirilə bilər.