Rusiyadan Azərbaycana pnevmatik tapança keçirmək istəyiblər.
Bu barədə Aktual.az-a Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata əsasən, Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur” gömrük postunun idxal piyada xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının əl yükünə "Heimann X-Ray” texniki nəzarət vasitəsi ilə baxış keçirilib.
Yoxlama zamanı əl yükündə olan elektrik sobasının içərisindən hissələrə ayrılmış şəkildə 1 ədəd pnevmatik tapança aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Aktual.az
Xəbər 317 dəfə oxunub.