Rusiya XİN Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dünən Sergey Lavrov barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, Rusiya XİN-nin rəsmisi Mariya Zaxarova sosial şəbəkəsindəki səhifəsində türk nazirə cavab verib.
“KİV: “Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin İŞİD-lə əlaqəsinin sübuta yetiriləcəyi təqdirdə istefaya getməyə hazır olduğunu bəyan edib.
Bunu Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulandan sonra etmək lazım idi. İŞİD-lə əlaqəyə görə isə istefaya yox, həbsxanaya gedirlər”-deyə o, yazıb.
Qeyd edək ki, ötən gün M. Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrov haqqında : “Əgər Türkiyənin İŞİD-lə əlaqələri sübuta yetirilərsə, istefaya getməyə hazıram, əks təqdirdə həmkarımı həyatımın sonuna kimi Antalyada qonaq edəcəm”- demişdi.