Rusiyada zəlzələlər olub

Rusiyada zəlzələlər olub

Rusiyanın Kamçatka diyarında 4,4 bal gücündə zəlzələ baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Yelizovo şəhərindən 180 km şimalda, ocağı isə 170 km dərinlikdə yerləşib.

Bir neçə saat sonra Rusiyanın Kamçatka diyarında daha bir zəlzələ baş verib. 6.7 bal gücündə qeydə alınan zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 320 km aralıda, ocağı isə 41 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkən yoxdur. Sunami təhlükəsi elan edilməyib.

Xəbər 378 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR