Rusiyada yalnız 53 şirkət türk işçi çalışdıra biləcək

Rusiyada yalnız 53 şirkət türk işçi çalışdıra biləcək
  • DÜNYA

Yeni qərar.

Rusiya hökuməti bu ölkədə fəaliyyət göstərən 53 şirkətə türk vətəndaşlarını işə qəbul etməyə icazə verib.

Bu barədə Aktual.az Oxu.Az-a istinadən xəbər verir.

Rusiya hökumətinin rəsmi saytında yer alan xəbərə görə, Başqırdıstan, Krım, Tatarıstan, Krasnoda, Vladimir, Kaluga, Moskva, Nijniy Novqorod, Samara və Tyumen regionlarında fəaliyyət göstərən 53 şirkət hökumətin Türkiyəyə qarşı olan sanksiyaları ilə əlaqədar olan qərarından kənarda saxlanılıb.

Yəni, bu bölgələrdə fəliyyət göstərən 53 şirkət türk işçisi işlədə biləcəklər. Tikinti, avtomobil və s sahələrində fəaliyyət göstərən şirkətlərin siyahısı isə hələ nəşr edilməyib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin noyabrın 28-də imzaladığı qərara görə, 2016-ci il yanvarın 1-dən Rusiya şirkətlərinin türk vətəndaşlarının işə qəbulu qadağan edilmişdi.

Xəbər 376 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR