Rusiyada tezliklə neft tükənəcək

Rusiyada tezliklə neft tükənəcək

“Layihələrin iqtisadiyyatı ciddi şəkildə pisləşəcək”.

Rusiyada 2044-cü ildə neft tükənə bilər, ənənəvi ehtiyatların azalması isə artıq 2020-ci ildən başlaya bilər.

Aktual.az Oxu.Az-a istinadənxəbər verir ki, bu barədə “Rossiyskaya qazeta”ya verdiyi müsahibəsində nazirliyin rəhbəri Sergey Donskoy bildirib.

“Hasil edilən neft ehtiyatları 29 milyard tondan ibarətdir. Bu yataqlardan çıxarıla bilən hissədir. Xam neftin hasilatı 2015-ci ildə ilkin olaraq 505 milyon ton idi. Əgər bu rəqəmlərlə birbaşa hesablasaq, o zaman açıq ehtiyatlar 57 il müddətinə bəs edəcək”, - o deyib.

Amma nazir əlavə edib ki, ekspertlərin qiymətləndirməsinə görə, sübut edilmiş ehtiyatların həcmi iki dəfə azdır, yəni 14 milyard tondur. Bu isə hasilatın təminatı üçün yalnız 28 il mümkün olacaq.

“Bununla yanaşı, ümumi həcmdə çətin hasil edilən neft ehtiyatlarının payı artır. Onların emal edilməsi aşağı iqtisadi səmərə ilə əlaqədardır və texnologiyanın inkişafını tələb edir”, - nazir əlavə edib.

Qeyd edilir ki, yeni ixtiralar olmadan neft hasilatının ehtiyatları 2020-ci ildən azalmağa başlayacaq. Bununla əlaqədar çətin hasil edilən neftin payı artacaq və layihələrin iqtisadiyyatı pisləşəcək.

Xəbər 392 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR