Rusiyada terror törətməkdə təqsirləndirilən azərbaycanlıya hökm oxunub

Rusiyada terror törətməkdə təqsirləndirilən azərbaycanlıya hökm oxunub

Rusiyada terror törətməkdə təqsirləndirilən azərbaycanlıya hökm oxunub.


ONA-nın "sm-news.ru” saytına istinadən verdiyi məlumata görə, Mərkəzi Uralda terror törətmək istəyən bu şəxs 15 il azadlıqdan məhrum edilib. Rusiya vətəndaşı olan həmin şəxsin Yaxın Şərqdə hazırlıq keçdiyi bildirilir.

İstintaq materiallarına əsasən 2017-ci ilin qışına Azərbaycan əsilli şəxs gizli şəkildə Suriyaya daxil olub və öz təşəbbüsü ilə "Cəhat ən-Nüsra” terror təşkilatına qoşulub. Təlim düşərgəsində döyüş və diversiya hazırlığı keçib.

Rusiyaya qayıtdıqdan sonra Uralda terror törətməyə hazırlaşsa da Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən ifşa edilib.

Xəbər 516 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR