Yeni ilin gəlməsi ilə Rusiyada "Tax-free” sisteminin tətbiqinə başlanılıb.
"Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, artıq Avrasiya İqtisadi Birliyinə daxil olmayan ölkələrin vətəndaşları Rusiyada aldıqları mallara tətbiq edilən 18%-lik əlavə dəyət vergisini (ƏDV) geri ala bilərlər.
"Tax-free” ilk növbədə paytaxt Moskvada, eləcə də Sankt-Peterburq və Soçi şəhərlərində qüvvədə olacaq. Əcnəbilər kompensasiya almaq üçün gün ərzində azı 10 min rubl (təxminən 300 manat) dəyərində alış-veriş etməli və bunun çeklə rəsmiləşdirməlidirlər. Bununla belə, ƏDV-dən azad etmə aksizli mallara aid deyil.
Aktual.az
Xəbər 378 dəfə oxunub.