Rusiyada seçicilərimizin fəallığı 55 faizi ötüb

Rusiyada seçicilərimizin fəallığı 55 faizi ötüb

Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi məqsədi ilə ölkəmizin Rusiyadakı səfirliyində keçirilən ümumxalq səsverməsində Moskva vaxtı ilə saat 15:00-a olan məlumata əsasən, artıq 879 nəfər səs verib ki, bu da ümumi səs verənlərin 56%-ni təşkil edir.

Aktual.az  bildirir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, Rusiya ərazisində yaşayan və ya müvəqqəti bu ölkədə olan Azərbaycan vətəndaşları səsvermədə iştirak edirlər.

Səfirlikdə yaradılmış 17 saylı Yasamal III seçki dairəsinin 48 nömrəli seçki məntəqəsində konsulluq uçotunda olan 1500 Azərbaycan vətəndaşı qeydiyyata alınıb.

Referendumun gedişatını MDB-nin Parlamentlərarası Assambleyasından olan müşahidəçilər də izləyirlər.

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.

Xəbər 362 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR