Onlar Norilskə beş ay ərzində gəliblər.
Norilsk məhkəməsində “Alıkel” aeroportunda saxta sənədlə saxlanılmış Azərbaycan vətəndaşlarına hökm oxunub.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, ümumilikdə 24 adam saxlanılıb. Onlar Norilskə tək-tək və ya kiçik qruplar halında beş ay ərzində gəliblər.
Saxta sənəddən istifadəyə görə, məhkəmə onlara 19-33 min rubl (290-505 dollar) məbləğində cərimə tətbiq edib.