Rusiyada qripdən ölənlərin sayı 107-yə çatdı

Rusiyada qripdən ölənlərin sayı 107-yə çatdı
  • DÜNYA

Yanvar ayının 27-nə olan məlumata görə, Rusiyada qripə yoluxduqdan sonra xəstəliyin ağırlaşması nəticəsində 107 nəfər ölüb.

Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəhbəri Veronika Skvortsova bildirib.

"Yanvar ayının 27-nə olan məlumata görə, ölənlərin sayı 107 nəfərdir. Onların arasında dörd hamilə qadın və səkkiz uşaq var. Onların heç birinə peyvənd edilməmişdi", - nazir deyib.

Onun sözlərinə görə, ölüm hadisələri əsasən "donuz" qripi virusu ilə əlaqədardır.

"Bəli, bu, əsasən "donuz" qripidir. Ümumiyyətlə, müxtəlif regionlar üzrə "donuz" qripinin payı 75%-dən 95%-ə qədərdir", - nazir bəyan edib.

Skvortsova qeyd edib ki, bütün ölənlər "bir qayda olaraq həkimə gec müraciət ediblər".

"Bu ölümlər epidemioloji vəziyyət xətti keçildikdən sonra üç həftə ərzində baş verən ölüm hadisələridir, yəni yanvarın ikinci həftəsi üçün olan göstəricidir", - o, izah edib.

Nazir bu müddət ərzində ölkədə təxminən 4,5 min nəfərin miokard infarktından, 6 min nəfərin insultdan və min nəfərin yol qəzalarında öldüyünü bildirib.

Xəbər 281 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR