Rusiyanın hüquq-mühafizə orqanları Yakutiyanın Nerünqri şəhəri ərazisində xüsusi əməliyyat həyata keçirib.
Aktual.az-ın məlumatına görə, APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, əməliyyat çərçivəsində azərbaycanlıya məxsus "Mercedes Benz” markalı avtomobilə baxış keçirilib. Baxış zamanı avtomobildən dəyəri 1 mln. rubl, çəkisi isə 430 qram olan qızıl-zinət əşyası aşkarlanıb.
Yerli hüquq-mühafizə orqanlarının açıqlamasında bildirilir ki, həmyerlimiz qiymətli daşı qanunsuz olaraq Şimali Qafqaz regionuna aparmaq niyyətində idi.
Faktla bağlı araşdırma aparılır.
Aktual.az
Xəbər 784 dəfə oxunub.