Rusiyanın Ufa şəhərində nasaz avtomobil ilə yol qəzasına səbəb olan sürücü məhkum edilib.
Aktual.az report-a istinadən xəbər verir ki, bu barədə yerli prokurorluğa istinadən "ToDay News Ufa" nəşri məlumat yayıb.
Bildirilir ki, ötən ilin sentyabrında 37 yaşlı Azərbaycan vətəndaşı idarə etdiyi avtomobilin əyləc yastığının olmadığını bildiyi halda sahib olduğu "Cherry"nin sükanı arxasına əyləşib. Nəticədə idarəetməni itirən sürücü əks zolağa çıxıb və burada maşını saxlaya bilmədiyindən qarşıdan gələn "Renault Logan" markalı avtomobil ilə toqquşub. Qəza zamanı "Renault"da olan 5 nəfərdən biri ağır xəsarət alıb.
Məhkəmə Azərbaycan Respublikası vətəndaşını 3 il müddətinə sürücülük hüququndan məhrum etmək şərti ilə aylıq gəlirinin 10 faizi tutulmaqla 1 il müddətinə icbari islah işlərinə məhkum edib.
Aktual.az
Xəbər 917 dəfə oxunub.